Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    1 söz səhvi, milyonluq itki - Bahalı səhvlərdən necə sığortalanmalı?

    19 hours ago

    Kamil Zeynalov       Sahibkar, peşəkar idarəedici, "NEO Translations" tərcümə şirkətinin təsisçisi Bir anlıq təsəvvür edin: möhtəşəm marketinq kampaniyanız bir söz səhvinə görə lağ obyektinə çevrilir və ya milyonluq müqaviləniz yanlış tərcümə edilmiş bir bənd üzündən ləğv edilir. Bu, sadəcə “pis tərcümə” deyil, bu, biznesinizin gələcəyinə vurulan zərbədir. Bəs bu “tərcümə minalarından” necə yan keçmək və beynəlxalq arenada möhkəm addımlarla irəliləmək olar? Korporativ tərcümədə büdrəməyə ən çox məruz qalan məqamlar və onlardan yayınmağın qızıl qaydaları ilə tanş olaq: 1.  Maşın tərcüməsi və ya daha da müasiri Süni İntellekt (AI): Bəli, maşın tərcüməsi bir göz qırpımında mətnləri çevirir. Amma bu sürət çox vaxt keyfiyyətin qurbanı olur. Kontekstdən kənar, müxtəlif mədəniyyətlərə aid incəlikləri anlamayan və sahənizə xas terminologiyanı düzgün əks etdirməyən “robot” mətnlər brendin, biznesin ciddiyətini şübhə altına alır və peşəkar olmayan təəssürat yaradır. İlk təəssürat üçün isə ikinci şans olmaya bilər. 2.  Sahəyə yad mütəxəssis seçimi: Texniki, hüquqi, tibbi və ya maliyyə kimi spesifik sahələrdəki sənədlərin tərcüməsi dərin ixtisaslaşma tələb edir. Yalnız ümumi dil biliklərinə malik tərcüməçinin bu mətnlərin incəliklərini, terminoloji zənginliyini və hüquqi məsuliyyətini tam dərk etmə ehtimalı çox aşağıdır. Anlaşılmazlıqlar, məna itkiləri və hətta ciddi maliyyə və hüquqi problemlərə qədər yolu var. 3.  Tərcüməni son ana saxlamaq: “Tərcüməyə hələ vaxt var” düşüncəsi bahalı səhvlərə sürükləyə bilir. Tələsik görülən işlər, xüsusilə də tərcümə kimi diqqət tələb edən proseslərdə keyfiyyəti kəskin şəkildə aşağı salır. Peşəkar redaktə və korrektə üçün yetərli zamanın olmaması isə kiçik, diqqətdən yayınan xətaların böyük, biznesi, brendi sarsıdan problemlərə çevrilməsinə şərait yaradır. 4.  Redaktə və korrektəyə əhəmiyyət verməmək: Bəzən redaktə və korrektə xidmətləri “əlavə xərc” kimi yanlış başa düşülür. Tərcümə prosesi yalnız sözləri bir dildən digərinə çevirməklə bitmir. Peşəkar redaktə və korrektə mərhələsi tərcümə olunmuş mətnin qrammatik, stilistik və terminoloji cəhətdən mükəmməl olmasını təmin edir. Bu addımı “əlavə xərc” kimi görmək, marketinq şüarında bir hərf səhvinin bütün kampaniyanı alt-üst etməsi və ya müqavilədəki bir yanlış terminin milyonlarla zərərə yol açması riskini gözə almaq deməkdir. Tərcümədə bahalı səhvlərdən necə sığortalanmalı? Qlobal uğuru tərcümə səhvlərinə qurban verməmək üçün düzgün planlaşdırma, ixtisaslaşmış mütəxəssislərlə işləmək və keyfiyyətə nəzarət qaydalarına ciddi riayət etmək şərtdir. Belə kompleks və hərtərəfli yanaşmanı isə adətən peşəkar tərcümə şirkətləri təmin edə bilir. Niyə məhz şirkətlər? 1. Geniş mütəxəssis seçimi: Onlar ixtisaslı tərcüməçilərdən ibarət geniş bazaya malikdir və layiələrin mövzusuna, spesifik sahəsinə ən uyğun mütəxəssisi cəlb edə bilir. 2. Fasiləsiz proses: Təyin olunmuş tərcüməçi hər hansı səbəbdən işi davam etdirə bilməsə, şirkət dərhal onu eyni səviyyəli başqa bir peşəkarla əvəz edərək işin ləngiməsinin və keyfiyyət itkisinin qarşısını alır. 3. Keyfiyyətə zəmanət: Çoxmərhələli yoxlama (redaktə, korrektə) prosesləri ilə tərcümənin qüsursuz olmasını təmin edir. Korporativ tərcümə xidmətlərinə ehtiyac duyan bizneslər üçün ən doğru seçim keyfiyyətli, vaxtında və peşəkar nəticə vəd edən təcrübəli tərcümə şirkətləri ilə əməkdaşlıq etməkdir. Bu, qlobal bazarda daha inamlı addımlamağa və potensial “tərcümə qəzaları”ndan sığortalanmağa kömək edəcəkdir. Çıxış yolu hər zaman peşəkarlıqdadır!
    Click here to Read more
    Prev Article
    2 milyon manata bağça satılır
    Next Article
    Dünyanın ən zəngin aşpazları - İlon Maskın qardaşı 500 milyon dollarla ikincidir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment