Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    2025–2028: “Brent” və “WTI” nefti üçün qiymət proqnozları azaldılıb

    17 hours ago

    “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025–2028-ci illər üçün neftin orta qiyməti üzrə yeni proqnozunu açıqlayıb. Finss.az agentliyin baza ssenarisinə əsasən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti 2025-ci ildə 65 ABŞ dolları səviyyəsində olacaq ki, bu da əvvəlki 70 dollar proqnozundan 5 dollar aşağıdır. 2026 və 2027-ci illər üzrə “Brent” üçün qiymət proqnozu dəyişməyərək 65 dollar səviyyəsində qalıb, 2028-ci il üçün isə bu göstərici 60 dollar olaraq saxlanılıb. “WTI” markalı neftin qiyməti isə 2025-ci il üçün əvvəlki 65 dollardan 60 dollara endirilib. 2026 və 2027-ci illər üçün proqnoz dəyişməyərək 60 dollar, 2028-ci il üçün isə 57 dollar olaraq qalır. Hesabatda vurğulanır ki, 2024-cü ildə “Brent”in orta qiyməti 80,5 dollar, “WTI” markalı neftin isə 76,6 dollar olub. Beləliklə, “Fitch”in proqnozları növbəti illərdə neft qiymətlərində tədrici azalma tendensiyasının davam edəcəyinə işarə edir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    2025–2028-ci illərdə Avropada təbii qaz qiymətləri düşəcək: “Fitch”in proqnozu
    Next Article
    Dempinq, məxfilik riski, təlim çatışmazlığı – Elçin Əkbərov sektordakı boşluqları açıqlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment