Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    2025-ci ildə texnologiya sektorunda ixtisarlar davam edir: 22 min nəfər işsiz qaldı

    20 hours ago

    2025-ci ildə texnologiya sahəsində ixtisar dalğası güclənməkdə davam edir. Valyuta.az xəbər verir ki, ötən il 549 şirkətdə 150 min nəfərdən çox işçi ixtisar edilib. Cari ildə isə bu rəqəm artıq 22 min nəfəri keçib. Təkcə fevral ayında 16 084 nəfərin işdən çıxarıldığı bildirilir. Hazırda texnologiya sahəsində ən çox əməkdaşı ixtisar edən şirkətlər arasında ön sıralarda “Intel”, “Workday”, “Northvolt”, “Sprinklr”, “Blue Origin” və “Meta” yer alıb. İxtisarların əsas səbəbi kimi süni intellekt və avtomatlaşdırma texnologiyalarının yayılması, məhsuldarlıq göstəricilərinə çatmaq üçün restrukturizasiya tədbirləri və xərclərin azaldılması göstərilir. Bu proses innovasiyaların inkişafı fonunda insan amilinin necə risk altında olduğunu bir daha nümayiş etdirir. 2025-ci ildə əsas ixtisar aparan böyük texnologiya şirkətləri   Intel – 21 000 nəfər (20% işçi qüvvəsi) Google – biznes bölməsində 200-ə yaxın işçi  Microsoft – əlavə ixtisarlar planlaşdırılır, rəhbərlik və menecer heyəti azaldılacaq Meta – “Reality Labs” və digər bölmələrdə yüzlərlə nəfər Amazon – kommunikasiya departamentində onlarla əməkdaş Salesforce – 1000 nəfərdən çox HP – 2,000 nəfər HPE (Hewlett Packard Enterprise) – 2,500 nəfər Workday – 1,750 nəfər (8.5%) Blue Origin – 1,000-dən çox Stripe – 300 nəfər Wayfair – ümumilikdə 1,000 nəfərə yaxın (bir neçə mərhələdə) Autodesk – 1,350 nəfər TikTok – Dublin ofisində 300 nəfər Expedia – bir neçə dəfə ixtisar, dəqiq say verilməyib Cruise (GM) – 50% işçi qüvvəsi Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    "Uygun Fiyatlı" Katlanabilir Telefon Samsung Galaxy Z Flip 7 FE'nin Türkiye Fiyatı Ne Kadar Olacak?
    Next Article
    Kohl's outgoing board member Day did in fact have disagreement emails show

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment