Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    2025-ci ilin ilk rübündə toxuculuq sənayesində artım

    54 minutes from now

    Finss.az - 2025-ci ilin yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində ümumilikdə 188,2 milyon manat dəyərində məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 18,7 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 20,1 faiz artım qeydə alınsa da, geyim istehsalında 42,8 faiz azalma müşahidə edilib. 2025-ci ilin yanvar-mart aylarında toxuculuq məhsulları istehsalı da artıb. Məsələn, pambıq mahlıcı istehsalı 128,3 faiz, pambıq parçalarının istehsalı isə 119,9 faiz artaraq müvafiq olaraq 41 016,8 ton və 10 293,1 min kvadrat metr təşkil edib. Digər tərəfdən, geyim istehsalında isə qarışıq vəziyyət yaşanır; üst geyim istehsalı 57,6 faiz artarkən, alt geyim və istehsalat komplektlərində azalma müşahidə olunub. Dəri və dəridən məmulatlar üzrə isə ayaqqabı istehsalı 172,3 faiz artaraq 197,4 min cütə çatıb.  
    Click here to Read more
    Prev Article
    Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
    Next Article
    Banka hesabı olan herkesi ilgilendiriyor! IBAN ile ödemede yeni dönem başladı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment