Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    2030-cu ilə qədər yox olacaq 20 peşə

    1 week ago

    2030-cu ilə qədər dünyada hazırda mövcud olan iş yerlərinin təxminən 8%-i, yəni 92 milyon peşə tamamilə yox olacaq.  Valyuta.az xəbər verir ki, bu proqnoz Ümumdünya İqtisadi Forumunun 2025-ci il üzrə "Gələcəyin peşələri" hesabatında yer alıb. McKinsey Global Institutun apardığı araşdırmaya əsasən, süni intellektin və avtomatlaşdırmanın sürətli inkişafı təkcə ABŞ və Avropada qarşıdakı 5 il ərzində 12 milyon iş yerinin ləğv olunmasına səbəb ola bilər. Bu da milyonlarla insanın yeni sahələrə yönəlməsi ilə nəticələnəcək. Hərçənd bu proses qorxulu görünsə də, digər tərəfdən 2030-cu ilə qədər 170 milyon yeni iş yerinin yaradılması gözlənilir ki, bu da hazırkı ümumi məşğulluğun təxminən 14%-nə bərabərdir. Yeni iş sahələrinin ortaya çıxmasına texnologiya, süni intellekt, yaşıl enerji və bazar dinamikasındakı dəyişikliklər təkan verir. Maraqlıdır ki, bir neçə il öncə heç kimin ağılına gəlməyən “Süni intellekt üzrə rəhbər” (Chief AI Officer) vəzifəsi artıq reallığa çevrilib. Bu isə əmək bazarında köklü dəyişikliklərin baş verdiyini və yeni bacarıqlara ehtiyac yarandığını göstərir. McKinsey bildirir ki, xüsusilə təkrarlanan və standartlaşmış vəzifələr, eləcə də məlumatların toplanması və emalı kimi funksiyalar artıq maşınlar tərəfindən daha sürətli və dəqiq icra olunduğundan bu sahələrdə kütləvi ixtisarlar gözlənilir. Buraya bank-maliyyə əməliyyatları, hüquq köməkçiləri, mühasibatlıq və ofis arxasında aparılan texniki proseslər daxildir. Ümumdünya İqtisadi Forumu, LinkedIn və London Bankçılıq və Texnologiya İnstitutunun məlumatlarına əsasən 2030-cu ilə qədər yox ola biləcək 20 peşə belədir: 1. Poçt işləri  2. Bank kassiri 3. Operator 4.  Kassir 5. Katib 6. Çapçı 7. Mühasib 8. Anbarçı 9. Bələdçi 10. Satıcı 11. Qrafik dizayner 12. Sığorta tənzimləyicisi 13. Hüquqşünas köməkçisi 14. Hüquq katibi 15. Telemarketoloq 16. İT texniki dəstəkçisi 17. Konveyer operatoru 18. Avadanlıq operatoru 19. Anbar toplayıcısı 20. Turizm agenti Gələcək üçün özümüzü necə sığortalamaq olar? 1. Tələbat olan bacarıqlara yiyələnin Ümumdünya İqtisadi Forumu və Coursera kimi platformaların hesabatlarını izləyərək, əmək bazarında hansı bacarıqların tələb olunduğunu müəyyənləşdir. 2025-ci il üçün yüksək artım göstəricisinə malik sahələrə süni intellekt üzrə biliklər, data analizi, istifadəçi təcrübəsi, rəqəmsal marketinq və tənqidi düşüncə daxildir. 2. Bacarıqlarınızı önə çıxarın Əgər vəzifəniz sıradan çıxmaq üzrədirsə, bu zaman nəticəyönümlü bacarıqlar, rəqəmsal idarəetmə, əməkdaşlıq və proses optimallaşdırması kimi ümumi dəyərləri ön plana çıxarın. 3. Seçimlərinizi artırın Tək bir işə bağlı olmaq risklidir. Alternativ gəlir mənbələri yarat: frilans xidmətlər, passiv gəlir axınları, ailəvi bizneslər və ya əlavə layihələr. Bu, istənilən iqtisadi və texnoloji dəyişiklik zamanı sənə dayanıqlılıq qazandıracaq. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    10 nömrəli avtobusun istiqaməti dəyişir - Bu küçə ilə hərəkət edəcək
    Next Article
    Göztepe - Beşiktaş | Zorlu maçta ilk yarıda tek gol

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment