Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    22 illik fəaliyyət – “Skype” niyə bağlanır? - SƏHƏR OXUSU

    50 minutes ago

    Texnologiya günü-gündən inkişaf edir. Demək olar ki, tez-tez müxtəlif texnologiya şirkətləri yeni proqramlar istifadəyə verir. Eyni zamanda illərdir fəaliyyət göstərən, bir vaxtlar müştəriləri tərəfindən sevilən, onların işinə yarayan proqramlar fəaliyyətini dayandırır. Bunlardan biri də may ayının 5 –də, yəni sabah fəaliyyətini dayandıracaq “Skype”dır. Maraqlıdır, 22 ildir fəaliyyət göstərən bu proqram niyə fəaliyyətini dayandırır? Valyuta.az sizlərə mayın 5-də insanlarla vidalaşacaq bu platforma haqqında ətraflı məlumat təqdim edir.  22 illik fəaliyyətin başlanğıcı necə başladı? "Skype" proqramı 2003-cü ilin avqust ayında İsveç və Danimarka əsilli sahibkarlar Niklas Zennström və Yanus Friis, həmçinin dörd estoniyalı proqramçı tərəfindən yaradılıb. Əsas texniki inkişaf komandası Estoniyanın Tallin və Tartu şəhərlərində fəaliyyət göstərib. Belə ki, həmin dövrdə, yəni 2011-ci ilə qədər "Skype" inkişaf komandası və əməkdaşlarının 44 faizindən çoxu Estoniyada, xüsusilə Tallin və Tartu şəhərlərində yerləşib. Şirkətlərin maraqları nəticəsində bu proqram dəfələrlə şirkət dəyişib, satın alınıb. Belə ki, 2005-ci ilin sentyabrında "eBay" şirkəti "Skype"ı 2,6 milyard ABŞ dolları müqabilində satın alıb. 2009-cu ilin sentyabrında "Silver Lake", "Andreessen Horowitz" və Kanada Pensiya Planı İnvestisiya Şurası platformanın 65 faizini "eBay"dən 1,9 milyard dollara alıb və həmin vaxt "Skype"ın ümumi dəyəri 2,92 milyard dollar olaraq qiymətləndirilib. 2011-ci ilin may ayında isə "Microsoft" şirkəti "Skype"ı 8,5 milyard ABŞ dollarına satın alıb və bu platformanı "Windows Live Messenger" xidmətini əvəz etmək üçün istifadə etməyə başlayıb. “Skype”ın populyarlıq dövrü  "Skype" ənənəvi telefon xidmətlərindən fərqli olaraq VoIP (Voice over IP) texnologiyası əsasında işləyirdi. Bu, istifadəçilərə internet üzərindən pulsuz səsli və daha sonra video zənglər etməyə imkan verirdi. O dövrdə bu texnologiya yenilikçi idi və sürətlə geniş istifadəçi bazası topladı. İlk aylarında artıq milyonlarla yükləmə sayı əldə etdi. Sadə interfeys və yüksək səs keyfiyyəti istifadəçilər tərəfindən müsbət qarşılandı. Yuxarıda qeyd etdiyimiz nəhəng şirkətlər bu proqramı aldıqca, dəyəri artdı. Bu qədər şirkətin marağına səbəb olmuş platforma niyə fəaliyyətini dayandırır? "Skype"ın bağlanmasının əsas səbəbi texnoloji dəyişikliklər və istifadəçi tələbatının dəyişməsidir.  "Zoom", "WhatsApp", "Google Meet" və xüsusilə "Microsoft Teams" kimi platformalar meydana çıxdıqca bazarda ciddi rəqabət yarandı. "Skype" istifadəçi interfeysini tez-tez dəyişsə də, sadəlik və sabitlik baxımından geridə qaldı. 2021-ci ildə "Skype for Business" tamamilə ləğv edildi və “Microsoft” daha çox resursu "Teams" platformasına yönəltdi. Bu platformalar pandemiya dövründə geniş vüsət aldı və "Skype" bu dalğadan geri qaldı. Eyni zamanda "Microsoft" artıq bir-birini təkrarlayan məhsulların mövcudluğunu istəmir. Bu səbəbdən "Skype"ın bağlanması strateji qərardır. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    ‘People Who Are Salaried Are Crying’: Taxes on Workers Add to Debt Misery
    Next Article
    En kısa sürede bitiririz!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment