Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

    7 hours ago

    ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə etdiyi səfərdən vətənə trilyonlarla dollar dəyərində müqavilələrlə qayıdıb. Valyuta.az Metbuat.az-a istinadən xəbər verir ki, Tramp Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə dəyəri 3,2 trilyon dollarlıq silah satışı və investisiya müqavilələri imzalayıb. Trampın bölgəyə səfərinə baxmayaraq, Qətərin paytaxtı Dohada HƏMAS ilə İsrail arasında atəşkəs və əsir mübadiləsi danışıqlarında hələlik razılıq əldə edilməyib. Trampın səfəri zamanı Qəzzada atəşkəslə bağlı heç bir mesaj verilməyib. Tramp əvvəlcə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib və burada 600 milyard dollar dəyərində müqavilələr imzalanıb. Trampın Yaxın Şərq turnesi çərçivəsində səfər etdiyi ikinci ölkə olan Qətərdə iki ölkə arasında 1,2 trilyon dollarlıq investisiya müqaviləsi imzalanıb. Trampın Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı 1,4 trilyon dollarlıq müqavilələr imzalanıb.
    Click here to Read more
    Prev Article
    "Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB
    Next Article
    "Deyirdilər ki, gözlərin axır, səni işə götürə bilmərik"

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment