Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “5 000 manat maaş alıram, oradan nə qənaət edib maşın ala bilərəm?” - Səyyad Aran

    1 day ago

    “Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur”. Valyuta.az xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində millət vəkili Səyyad Aran deyib. Millət vəkili bildirib ki, hər yerə idarənin avtomobili ilə gedib: “İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm. Tədbirlərə də bəzən köməkçimin maşını ilə gedirəm”. Səyyad Aran müsahibəsində avtomobil almamasının səbəbini pulunun olmaması ilə izah edib. Jurnalistin, “Heç beş-altı minlik maşın da almaq imkanınız olmadı?”, sualına millət vəkili belə cavab verib: “Beş-altı minlik maşın nə maşın olacaqdı ki?! Həm də özüm sürə bilmirəm. Krediti də sevmirəm. Kredit insanı özündən asılı edir, aldığın qədər faiz də ödəyirsən. Piyada gedib-gəlməyi qəbul edərəm, nəinki kreditlə maşın almaq. Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?"
    Click here to Read more
    Prev Article
    Borclularla bağlı yeni QAYDA
    Next Article
    PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment