Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    5 manatı var idi, onu da oğurladılar

    3 days ago

    Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Valyuta.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.  Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
    Click here to Read more
    Prev Article
    AMB-də müşavir idi - Vitse-prezident təyin olundu
    Next Article
    Mərkəzi Bankda sədrin müşaviri vəzifədən azad edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment