Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    5 marşrutun hərəkət sxemi dəyişdirilir

    5 hours ago

    Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək. Valyuta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Beləliklə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək. 24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.
    Click here to Read more
    Prev Article
    “Vetspan” şirkətinin 313 min manat vergi borcu var
    Next Article
    Kraliça Elizabetin bir ev qiymətinə üzərində daşıdığı broşlar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment