Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    7-20 aprel aralığında bank kartlarından 423 min manat oğurlanıb

    1 week ago

    Aprel ayının əvvəlindən bu günə qədər ölkədə vətəndaşların bank kartlarından ümumilikdə 423,081 manat və 655 ABŞ dolları oğurlanıb. "Valyuta.az" 7-20 aprel tarixlərində bank kartlarından oğurlanan məbləğləri bir araya toplayıb. Oğurluqlar əsasən kiber üsullarla, yəni vətəndaşların aldadılaraq kart məlumatlarını könüllü şəkildə naməlum şəxslərə ötürməsi nəticəsində baş verib. Kartın üzərindəki CVV/CVC kodu, SMS-lə göndərilən OTP kodu, loqin və şifrələr, eləcə də kartın PİN kodu şəxsi və məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildikdə, bank hesablarındakı vəsaitlər oğurlanır, yaxud şəxsə kredit formasında zərər vurula bilir. Qeyd olunan müddətdə baş verən kiber oğurluqlar və tarixlər üzrə vəsaitlər aşağıdakı kimidir: 19-20 aprel - 17,804 manat və 60 ABŞ dolları 18 aprel - 21,394 manat 17 aprel - 51,559 manat 16 aprel - 15,040 manat 15 aprel - 32,306 manat 14 aprel - 13,818 manat 12-13 aprel - 41,048 manat 11 aprel - 11,680 manat 10 aprel - 24,864 manat 9 aprel - 39,504 manat və 595 ABŞ dolları 8 aprel - 87,067 manat 7 aprel - 66,997 manat Mütəxəssislər bildirir ki, onlayn cinayətlər artmaqda davam edir və bu sahədə maariflənmə əsas müdafiə vasitəsidir. Vətəndaşlara şübhəli zənglərə və ya mesajlara cavab verməmək, saxta linklərə daxil olmamaq və şəxsi məlumatları heç bir halda paylaşmamaq tövsiyə olunur. Qeyd edək ki, bu cinayətlərlə bağlı bəzi şəxslər hüquq-mühafizə orqanları tərəfindən artıq müəyyən edilərək saxlanılıb.
    Click here to Read more
    Prev Article
    Bakıda 7,5 milyon manata mənzil satılır - FOTOLAR
    Next Article
    Beşiktaş'ta kritik zirve: Serdal Adalı, Solskjaer ve Graf ile bir araya geliyor!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment