Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

    1 hour ago

    "Facebook"un təsisçisi Mark Zukerberq işdə həddindən artıq yüklənmənin qarşısını almaq üçün tətbiq etdiyi məhsuldarlıq prinsipini açıqlayıb.  Valyuta.az İnc.com-a istinadən xəbər verir ki, bu prinsip son illərdə "Google" rəhbərləri və tarixdə iz qoymuş dahilər - o cümlədən Albert Eynşteyn və Stiv Cobs tərəfindən də istifadə olunub. Bu yanaşma "80 faiz qaydası" kimi tanınır və getdikcə daha çox menecer və iş adamı tərəfindən gündəlik iş planlamasında tətbiq olunur. Zukerberqin fərqli iş modeli "Stripe"ın həmtəsisçisi Con Kollisonla müsahibəsində Zukerberq zamanını necə planlaşdırdığını izah edərkən ənənəvi tərzdən uzaq olduğunu bildirib. Onun sözlərinə görə, o, gündəliyini mümkün qədər fərdi görüşlərlə doldurmamağa çalışır və əksinə, kifayət qədər boş vaxt buraxmağa üstünlük verir. "Gün içində nəyə diqqət yetirməli olduğumu səhər oyandıqda müəyyən edirəm. Ən vacib üç məsələyə zaman ayırmaq üçün kifayət qədər boşluğum olmalıdır", deyə Zukerberq vurğulayıb. O qeyd edir ki, əgər bütün günü kiçik və əhəmiyyətsiz görüşlərlə dolu olarsa, əhəmiyyətli tapşırıqlara vaxt tapmadığı üçün əsəbiləşir və bu vəziyyət bir neçə gün davam edərsə, psixoloji təzyiq yaradır. Ona görə də, iş qrafikində boş vaxt saxlamaq həm məhsuldarlıq, həm də emosional tarazlıq baxımından vacibdir. "Google"da da tətbiq olunur "Google"un məhsuldarlıq üzrə korporativ məşqçisi Lora Mey Martin bu prinsipi "80 faiz qaydası" adlandırır. Onun əsas məğzi - iş vaxtının yalnız 80 faizini planlaşdırmaq, qalan 20 faizini isə gözlənilməz və vacib məsələlər üçün boş saxlamaqdır. Martin bu barədə belə deyib: "İnsanlara hər zaman deyirəm - imkanınızdan az öhdəlik götürməyə çalışın. Bu, sizi ideal iş yükünə aparacaq. İş planınızın yalnız 80 faizini doldurun, qalanını açıq buraxın - bu, sizi doğru balansda saxlayacaq". Kimlər bu prinsipi tətbiq edib? Albert Eynşteyn məşhur elmi nəticələrinə çatmaq üçün vaxtının böyük hissəsini düşünməyə və təcrübələrə ayırırdı. Eyni prinsip texnologiya dünyasının dahisi Stiv Cobs tərəfindən də tətbiq olunub. O da təqvimində məqsədyönlü boşluqlar buraxmaqla yaradıcı qərarlar verməyə üstünlük verirdi. İT mühəndisi Tom DeMarko isə 20 ildən çox əvvəl bu prinsipə həsr olunmuş bir kitab yazıb. O, izah edir ki, əgər bir insan özünü tamamilə işlə yükləyərsə, ani və gözlənilməz məsələlərə çevik reaksiya verə bilməz. Bu isə uzunmüddətli perspektivdə məhsuldarlığın azalmasına səbəb olur. "80 faiz qaydası" yalnız məşhurlar üçün deyil, istənilən idarəedici, iş sahibi və ya məhsuldarlığını artırmaq istəyən hər bir fərd üçün faydalı bir iş prinsipidir. Gündəlik planlamanı bir qədər az tutmaqla, həm ruh halını qorumaq, həm də səmərəli və çevik qalmaq mümkündür. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    ABD ve ABD'nin Suriye kararına Türkiye'den ilk tepki
    Next Article
    Şampiyon Galatasaray'dan son 48 saatte rekor ciro

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment