Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    9-11 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

    14 hours ago

    Finss.az - Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən keçirilən “Kənddən Şəhərə” həftəsonu yarmarkası fəaliyyətini davam etdirir. 9-10-11 may tarixlərində keçirləcək növbəti yarmarkada 20-dən artıq rayondan 40-dan çox  fermerin iştirakı gözlənilir. Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qeyd edək ki, həftəsonu yarmarkaları mart ayının əvvəlinə qədər davam edəcək və yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Yelo kart-dakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
    Next Article
    Avropa fond birjalarında artım

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment