Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABB-nin bu departamentinə yeni direktor təyin edildi

    2 hours ago

    ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Hüquq departamentində yeni təyinat olub. Valyuta.az "Banker.az"a istinadən xəbər verir ki, Teymur Kərimov departamentin direktoru vəzifəsinə təyin edilib. Teymur Kərimov 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2013–2015-ci illərdə isə Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsili alıb. 2022–2023-cü illərdə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını idarəetmə psixologiyası ixtisası üzrə bitirib. Fransa, Koreya Respublikası və Türkiyədə müxtəlif təlim və təcrübə proqramlarında iştirak edib. Rus, ingilis, fransız dillərini bilir. Əmək fəaliyyətinə 2013-cü ildə konsaltinq şirkətində başlayıb, 2015-2018-ci illərdə “AXA MBASK” Sığorta Şirkətində Hüquq və subroqasiya departamentinin direktoru vəzifəsində çalışıb. 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzində Hüquq və insan resursları departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. Teymur Kərimov 02 fevral 2021-ci il tarixində ABB-də Hüquq departamentinin Beynəlxalq əqdlər və vergitutma şöbəsinin müdiri vəzifəsində işə başlayıb. 8 fevral 2023-cü il tarixindən son təyinata qədər Hüquq departamentinin direktor müavini olub.
    Click here to Read more
    Prev Article
    11 yaşlı aktrisa vəfat etdi
    Next Article
    Ticaret Bakanlığı ilk 4 ayda 16.5 milyar liralık kaçak mal yakaladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment