Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABB-nin maliyyə göstəricilərində yüksəliş: Bir ildə 360 milyon, 4 aylıq 80 milyon manat mənfəət

    1 hour ago

    Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin ilk dörd ayında 80 milyon manat xalis mənfəət əldə edib. Finss.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bank 2023-cü ili də yüksək maliyyə göstəriciləri ilə başa vurub. Belə ki, ABB 2023-cü ili 360 milyon manatlıq xalis mənfəət ilə tamamlayaraq, strateji inkişaf tarixində ən uğurlu illərdən birinə imza atıb. “2024-cü ildə bankın əməliyyat gəlirləri 13,6%, kredit portfeli isə 1,3 milyard manat və ya 25,8% artıb. Təkcə biznes kreditləri portfeli 614 milyon manat artaraq əhəmiyyətli həddə çatıb. Nəticə etibarilə ABB həm biznes, həm də ipoteka kreditləri üzrə bazar liderliyini qoruyub,” – deyə bank rəhbəri bildirib. ABB cari il ərzində dövlət büdcəsinə 131 milyon manat vergi və digər ödənişlər köçürüb. Bankın nizamnamə kapitalında dövlətin payı 92,18% təşkil edir ki, bu da ABB-nin sosial və iqtisadi məsuliyyətini artıran əsas faktorlardan biridir. Müştəri bazasının genişlənməsi barədə danışan A.İbrahimov qeyd edib ki, ABB-nin aktiv müştəri sayı 4 milyonu ötüb. Bu göstərici son bir ildə 32%-lik artım deməkdir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, yeni müştərilərin 65%-i bank xidmətlərinə məhz rəqəmsal kanallar vasitəsilə qoşulub. Bu göstərici, ABB-nin rəqəmsal transformasiya sahəsində qlobal banklarla müqayisə oluna biləcək səviyyəyə çatdığını nümayiş etdirir. Bankın regional inkişaf strategiyasına da toxunan A.İbrahimov vurğulayıb ki, ABB ölkənin ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə filial açan ilk bank olub. 2023-cü il ərzində isə 3 yeni filial istifadəyə verilib, 7 filial isə yenilənmiş brend kimliyinə uyğun olaraq təkmilləşdirilib. “ABB artıq 6 ildir ki, səhmdarlarına ardıcıl olaraq yüksək dividend ödəyir. Bu il ilk dəfə olaraq kütləvi emissiyadan sonra sayları 30 minə çatan səhmdarlarımızla gəlirimizi bölüşəcəyik. Bu, bankımızın sağlam və dayanıqlı maliyyə modelinə əsaslandığını göstərir,” – deyə ABB sədri əlavə edib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Dənizlər və okeanlar bənövşəyi rəngə çevrilir?
    Next Article
    OPEC+ ölkələri gündəlik 411 min barel neft hasilatını artırmağı qərara alıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment