Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABB-nin rəhbərliyi bankdan nə qədər qazanır?

    1 hour ago

    Azərbaycanın ən böyük dövlət bankı ABB-nin rəhbərliyi 2024-cü ildə 27 milyon 195 min manat gəlir əldə edib. Valyuta.az-ın əldə etdiyi məlumata görə, bu, 2023-ci ilə nisbətən 26% və ya 5 milyon 616 min manat çoxdur. Belə ki, 2023-cü ildə bankın rəhbərliyinin gəlirləri 21 milyon 579 min manat təşkil edib.  ABB ötən il ümumi işçi heyətinə ayırdığını vəsaitin 13,6%-ni 54 nəfər rəhbər heyətə ödəyib.   Qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir. Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür. Təxmini hesablamalara görə, 2024-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 503,6 min manat təşkil edib. 2023-ci il üzrə bu rəqəm 431,6 min manat (50 nəfər üzrə) olub. İdarə Heyəti sədri və üzvlərinin gəlirləri isə təbii ki, orta gəlirdən daha yüksəkdir. Başqa sözlə, Abbas İbrahimovun bankdan əmək haqqı şəklində illik gəliri yarım milyon manatdan çoxdur.   Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 1,3 mlrd. manat təşkil edir. Bank 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 30 mindən çoxdur. NARA
    Click here to Read more
    Prev Article
    Çin etkisi: Dolar şahlandı!
    Next Article
    AFB Bank: Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi®

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment