Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABŞ-da İstehlakçıların İnam İndeksi zəifləməyə davam edib

    4 hours ago

    Finss.az - “Conference Board” tədqiqat şirkəti tərəfindən dərc olunan hesabata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi aprel ayında 86.0 bənd səviyyəsinə qədər enib. Qeyd etmək lazımdır ki, göstərici mart ayında 93.9 bənd təşkil edib (daha əvvəl göstəricinin 92.9 bənd olduğu qeyd olunmuşdur). Analitiklər indeksin aprel ayında 87.5 bənd olacağını proqnozlaşdırmışdılar. Həmçinin, Cari İqtisadi Vəziyyət İndeksi 133.5 bəndədək, İstehlakçı Gözləntiləri İndeksi isə 54.4 bəndədək geriləyib. “Conference Board” qeyd edir ki, gözləntilər indeksi 80 bəndlik həddən əhəmiyyətli dərəcədə aşağıda qalır. Bu isə qarşıdakı 8-12 ay ərzində ABŞ iqtisadiyyatında resessiya risklərinin yüksək olduğunu göstərir. Əlavə olaraq, ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosunun məlumatına əsasən, əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) mart ayında 7.192 milyon təşkil edib. Bu göstərici fevral ayında 7.480 milyon idi (əvvəl 7.568 milyon olaraq açıqlanmışdı), yəni 288 min azalma qeydə alınıb. Analitiklər mart ayı üçün açıq vakansiyaların 7.49 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar.
    Click here to Read more
    Prev Article
    Sahibkarlıq fəaliyyətini genişləndirmək istəyənlər üçün: “Azinvestkredit”dən sərfəli maliyyə həlli
    Next Article
    Yapı Kredi Bank sahibkarlara nağd və qeyri-nağd kreditlər üzrə geniş seçim təklif edir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment