Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ABŞ dünyanı "Huawei" çiplərindən istifadəyə görə cinayət məsuliyyəti ilə hədələyir

    2 hours ago

    ABŞ administrasiyası dünyadakı şirkətlərə Çinin "Huawei" istehsalı olan süni intellekt (Sİ) prosessorlarından istifadə etməmək barədə tövsiyə ilə çıxış edib.  Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, bu cür komponentlərdən ABŞ xaricində istifadə olunması Amerika ixrac nəzarətinin pozulması kimi qiymətləndirilə bilər və bu, cinayət məsuliyyətinə səbəb ola bilər. ABŞ Ticarət Nazirliyinin açıqlamasına əsasən, "Huawei"nin "Ascend" seriyalı prosessorları ixrac nəzarətinə tabedir. Buna səbəb onların Amerika texnologiyalarını ehtiva etməsi və ya həmin texnologiyalarla istehsal olunması ehtimalıdır. Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən Sənaye və Təhlükəsizlik Bürosu (BIS) xarici süni intellekt çiplərinə dair qaydaların sərtləşdirildiyini bildirib. Belə ki, "Huawei Ascend" çiplərindən ABŞ xaricində istifadə açıq şəkildə ixrac nəzarəti qaydalarının pozulması kimi qiymətləndiriləcək. Söhbət üç modeldən - "Ascend" 910B, 910C və 910D çiplərindən gedir. Büroya görə, bu modellər ya müəyyən ABŞ proqram təminatı və ya texnologiyalarından istifadə edilərək hazırlanıb, ya da birbaşa həmin texnologiyalar əsasında yaradılmış avadanlıqda istehsal olunub. Bu xəbərdarlıq Vaşinqtonun "Huawei"nin süni intellekt sahəsində – xüsusilə mikrosxemlər istehsalında – sürətlə irəliləməsi ilə bağlı artan narahatlığı fonunda səsləndirilib. “Financial Times” yazır ki, Çin şirkəti artıq öz müştərilərinə İT klasterləri şəklində süni intellekt çiplərini təqdim etməyə başlayıb və bu çiplər əsas göstəricilər – ümumi hesablama gücü və yaddaş həcmi – baxımından aparıcı Amerika istehsalçısı "Nvidia"nın məhsullarını geridə qoyur. ABŞ hakimiyyəti "Huawei"nin yaxın vaxtlarda beynəlxalq bazarda "Nvidia" və digər amerikalı istehsalçılarla rəqabət aparmağa qadir Sİ prosessorlarını təqdim etməyə başlayacağından narahatdır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Trump touts 'record' Boeing-Qatar Airways deal
    Next Article
    Türkiye Kupası Finali ATV'de | Galatasaray - Trabzonspor maçında ilk gol! (CANLI)

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment