Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “AccessBank”dan geri addım - Depozit faizlərini endirdi

    4 days ago

    “Access Bank” depozit faizlərini endirib.  Valyuta.az bu barədə banka istinadən xəbər verir. Söhbət bankın müddətli depozitlərindən gedir. Məlumata görə, “Access Bank” 18-24 aylıq müddətli manat depozitləri üzrə faizləri 0,75% bəndinədək azaldıb.  Belə ki, aylıq ödəniş şərti ilə 18 aylıq depozitlər üzrə faizlər 11,75%-dən 11,5%-ə, 24 aylıq üzrə 11,5%-dən 11%-ə endirilib. Müddətin sonunda ödəniş şərti ilə 18 aylıq depozit faizləri 12%-dən 11,75%-ə, 24 aylıq əmanatlər üzrə isə 11,5%-ə enib.  Qeyd edək ki, “Access Bank” 18-24 aylıq müddətli əmanətlərə 12% gəlirlə yanaşı, 0,25% bonus da təklif edirdi. Yəni, artıq bu bonuslar da ləğv edilib. Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%). Nara
    Click here to Read more
    Prev Article
    Xbox El Konsolunun Tasarımı Kanlı Canlı Ortaya Çıktı
    Next Article
    "Nvidia" rəhbəri çip ixracının sərbəst buraxılmasını istəyir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment