Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Adı siyahıda olmayan plastik cərrahlarla bağlı RƏSMİ açıqlama

    2 weeks ago

    Səhiyyə Nazirliyi adı siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə aydınlıq gətirib. Valyuta.az nazirliyə istinadən xəbər verir ki, Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər. Qeyd edilib ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər: "Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər". O da bildirilib ki, sözügedən həkim-mütəxəssislər Komissiyanın qərarlarından narazı olduqları halda məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərlər. Qeyd edək ki, ötən gün açıqlanan məlumata görə, Azərbaycanda 42 plastik cərrahın fəaliyyətinə icazə verilib, eyni zamanda, icazə verilən əməliyyatların siyahısı məlum olub.
    Click here to Read more
    Prev Article
    Bakıda fantastik qiymətə malikanə satılır - FOTOLAR
    Next Article
    “PAŞA Kapital” ötən il kiçilib, mənfəəti azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment