Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Adidas" da qiymətləri qaldırdı

    9 hours ago

    "Adidas" şirkəti ABŞ-da məhsullarının qiymətinin artacağını bildirib. Bu artımın əsas səbəbi ABŞ administrasiyasının tətbiq etdiyi yeni gömrük rüsumlarıdır. Valyuta.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Björn Qulden qeyd edib ki, "Adidas" məhsullarının ABŞ-da istehsal imkanlarının məhdudluğu yüksək tariflərin qiymətlərə birbaşa təsir etməsinə səbəb olacaq. O vurğulayıb ki, Çindən ABŞ-a ticarət azaldılsa da, rüsumların təsirindən yayınmaq mümkün olmayıb və bu, digər ölkələr üçün də mənfi nəticələr doğurur. 2025-ci ilin ilk rübündə "Adidas"ın gəliri 13% artaraq 6,15 milyon avroya, xalis mənfəəti isə iki dəfədən çox artaraq 436 milyon avroya çatıb. Ən böyük artım ayaqqabı satışlarında qeydə alınıb – illik müqayisədə 17%. Geyim satı.larından gəlir 8%, aksesuar satışları isə 10% artıb. Buna baxmayaraq, "Adidas" 2025-ci il üçün proqnozlarını qüvvədə saxlayıb və əməliyyat mənfəətinin 1,7–1,8 milyard avroya qədər yüksələcəyini gözləyir. ABŞ isə 9 apreldən etibarən yeni “qarşılıqlı” rüsumlar tətbiq edib, lakin 75 ölkəyə bu rüsumların tətbiqi 90 gün müddətinə dayandırılıb. Çin bu qərardan kənarda qalıb və öz növbəsində ABŞ məhsullarına tətbiq olunan rüsumları artırıb. Çin üçün tarif dərəcəsi faktiki olaraq 145%-ə çatır. Pekin isə 12 apreldən etibarən ABŞ-a qarşı tarifləri 125%-ə qədər artırıb. ABŞ prezidenti Donald Tramp Çinlə ticarət razılaşması imzalamaq ehtimalını da nəzərdən keçirdiyini bəyan edib. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
    Next Article
    Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment