Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    “AFB Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

    1 day ago

    Finss.az - “AFB Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Amid Qənbərov Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2024-cü ildən etibarən Bankın Müşahidə Şurasının müstəqil üzvü kimi də fəaliyyət göstərir. Amid Qənbərov 3 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb, 2004–2006-cı illərdə isə eyni universitetdə magistratura pilləsini tamamlayıb. Peşəkar karyerasının böyük hissəsini “Bank of Baku” ASC-də keçirən Amid Qənbərov burada 19 ildən artıq müddətdə müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində filial müdiri və 2018-ci ilin oktyabr ayından etibarən Partnyorlarla iş və alternativ satış departamentinin direktoru kimi fəaliyyət göstərib. Qeyd edək ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 70.39 milyon manat təşkil edir. Bankın səhmlərinin 99.64%-i Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. H. İsmayılov eyni zamanda “Azsığorta” ASC-nin 100%-lik səhmdarı və “Bank of Baku” ASC-nin 31.11%-lik pay sahibidir. Digər səhmdarlar isə Cəmil Tahir oğlu Muradov (0.18%) və Toğrul Hacıyev Ülvi oğludur (0.18%).   © banker.az  
    Click here to Read more
    Prev Article
    ABŞ və Yaponiyanın ticarət müzakirələri
    Next Article
    İsveçdə PMI artdı – İstehsalat sektoru dirçəlir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment