Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ağ Ev "Amazon"u "düşmən şirkət" adlandırdı

    2 hours ago

    Ağ Ev "Amazon" şirkətini ABŞ-a qarşı "düşmən mövqe" tutmaqda ittiham edib.  Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" portalı yazıb. Bu açıqlama "Punchbowl News" tərəfindən yayılan və "Amazon"un məhsul qiymətləri ilə yanaşı gömrük rüsumlarının payını göstərməyi planlaşdırdığına dair xəbərlər fonunda verilib. Ağ Evin mətbuat katibi Karolina Livitt bu yeniliyi "düşmənçilik və siyasi akt" adlandıraraq, bunun gözlənilən bir addım olduğunu bildirib. O, həmçinin 2021-ci ildə "Reuters" tərəfindən yayımlanan və "Amazon"un Çin təbliğat orqanı ilə əməkdaşlıq etdiyini göstərən məqaləyə istinad edib. "The Verge" sorğusuna cavab verən "Amazon" nümayəndəsi Tim Doyl bildirib ki, şirkət yalnız "Amazon Haul" adlı, Çindən birbaşa göndərilən ucuz məhsulların satış platformasında idxal rüsumlarının göstərilməsini nəzərdən keçirib. Lakin bu ideya təsdiqlənməyib və əsas sayt üzərində reallaşdırılmayacaq. Xatırladaq ki, Donald Tramp administrasiyası dövründə tətbiq edilən genişmiqyaslı gömrük rüsumları dünya üzrə pərakəndə satış şirkətlərinə təsir göstərməkdə davam edir. "The Verge"in yazdığına görə, bir çox "Amazon" satıcısı qiymətləri artırır və ya "Prime Day" endirim kampaniyalarında iştirakdan imtina edir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    iPhone 17 Pro Tasarımına Dair Bugüne Kadarki En Net Görüntüler Paylaşıldı [Video]
    Next Article
    "Atlas Technology" şirkətinin borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment