Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ailə büdcəsini necə hazırlamaq olar? – 6 qızıl qayda

    11 minutes ago

    Bazar iqtisadiyyatı şəraitində ailələrin maliyyə sabitliyi üçün planlı şəkildə hərəkət etməsi vacibdir. Gündəlik xərclərin artması, qəfil çıxan öhdəliklər və gəlirlə xərclər arasında yaranan tarazsızlıq bir çox ailəni çətin vəziyyətə salır. Belə halların qarşısını almağın və gələcəyi daha rahat planlamağın ən səmərəli yolu düzgün tərtib edilmiş ailə büdcəsidir. Bəs ailə büdcəsi necə hazırlanmalıdır? Gəlirləri və xərcləri necə planlamalı, necə qənaət etməliyik?  Valyuta.az ailə büdcəsini hazırlamaqda yardım olacaq planlamanı təqdim edir: İlk olaraq aylıq gəlirlərinizi dəqiq müəyyən edin. Çünki büdcə hazırlamaq üçün ilk addım real gəliri hesablamaqdır. Daha sonra isə xərclərinizi qruplaşdırın və yazın. Bütün xərcləri iki əsas kateqoriyaya bölün. Kirayə, ipoteka, kommunal ödənişlər, uşağın məktəb xərcləri kimi sabit xərclər və Dəyişkən xərclər (aydan aya dəyişir): Market alış-verişi, yol xərcləri, əyləncə və restoran, tibbi və qəfil xərclər kimi dəyişkən xərclərinizi müəyyənləşdirin. Bunun üçün son 3 ayın xərclərinə baxaraq ortalama rəqəmləri hesablayın.  Özünüz üçün maliyyə məqsədləri müəyyən edin Borcları ödəmək, tətil, maşın, mənzil üçün pul yığmaq kimi məqsədlər qoyun özünüzə. Çünki bu məqsədləriniz büdcə planlamasında prioritetləri təyin etməyə kömək edəcək.  Gəlir və xərcləri müqayisə edin Əgər xərcləriniz gəlirinizdən çoxdursa, qənaət edə biləcəyiniz sahələri tapın. Bundan başqa, artıq gəliriniz varsa, qənaət və ya investisiya məqsədi ilə yönləndirin. Həmişə bu qızıl qaydaya əməl edin.  Gəlirinizin ən azı 10%-ni qənaət edin Büdcənizi müəyyən etmək üçün gəlirinizi və xərclərinizi mütləq qeyd edin. Gəlirlərinizi və xərclərinizi bir dəftər tutub yaza, telefonunuzda, kopüterinizdə qeyd edə bilərsiniz. Rəqəmsal vasitələr statistika və qrafiklərlə xərcləri izləməyi asanlaşdırır.  Büdcənin məsuliyyətini ailə üzvləri ilə paylaşın  Büdcə yalnız bir nəfərin deyil, bütün ailənin məsuliyyətidir. Ailə üzvlərinin iştirakı daha real nəticələr verir. Uşaqlara sadə qənaət anlayışını öyrətmək, ər-arvadın xərclərdə şəffaf olması kimi məsələlərə diqqət edin. Ailə büdcəsi yaratmaq sadəcə xərcləri qeyd etmək deyil, maliyyə azadlığına doğru atılan ağıllı addımdır. Ailə büdcəsi formalaşdırmağa nə qədər tez başlayarsınızsa, bir o qədər stresssiz və planlı yaşamaq mümkündür.  Günay
    Click here to Read more
    Prev Article
    Apple'ın "Çılgın" Projesi Ortaya Çıktı: iPhone'lar, Beyne Takılan Çiplerle Kontrol Edilebilecek
    Next Article
    ABD Başkanı Trump, Kongre'nin vergi tasarısını geçirmek üzere olduğunu söyledi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment