Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Ailəvi tur fürsəti: İsmayıllı və Qəbələnin gözəllikləri

    9 hours ago

    "Arzum Travel" turizm şirkəti may ayı ərzində müxtəlif tarixlərdə — 17, 18, 24, 25, 28 və 31-də birgünlük İsmayıllı–Qəbələ turu təşkil edəcəyini açıqlayıb. Finss.az xəbər verir ki, turda iştirak etmək istəyənlər İsmayıllının Aşıqbayramlı gölü, Qəbələnd əyləncə mərkəzi, Nohurgöl və Qəbələnin məşhur 7 Gözəl şəlaləsi ilə tanış olmaq imkanı qazanacaqlar. Şirkətin verdiyi məlumata görə, tur paketləri iki variantda təklif olunur: ekonom paket – 25 AZN, standart paket – 29 AZN. Standart paketə səhər yeməyi də daxildir. Hər iki paketə nəqliyyat xidməti, ekskursiyalar, çay süfrəsi, tur rəhbərinin müşayiəti və yolboyu əyləncəli oyunlar daxildir. Toplanış saat 06:30-da Gənclik metrosunun qarşısında, Caspian Shopping ticarət mərkəzinin önündə baş tutacaq, çıxış saat 07:00-da, Bakıya dönüş isə təxminən saat 22:00–23:00 aralığında nəzərdə tutulur. Tur zamanı spirtli içkilər qadağandır, 0–5 yaş arası uşaqlar üçün tur ödənişsizdir (nəqliyyatda yer tutulmamaq şərti ilə). Aşıqbayramlı gölünə giriş isə əlavə 2 AZN təşkil edir. "Arzum Travel" qeyd edib ki, minimum 18 nəfərlik qrup təşkil edənlər üçün fərdi turlar da həyata keçirilə bilər. Ətraflı məlumat və qeydiyyat üçün (077) 748 07 17 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Neft bazarı ABŞ-dakı yavaşlamaya reaksiya gözləyir
    Next Article
    Birləşmiş Krallıqda işsizlik səviyyəsi mart ayında artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment