Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Akkord"un külli miqdarda vergi borcu olan şirkəti bağlandı

    4 days ago

    “Akkord”un törəmə şirkəti olan “Akkord Hidrotexnikal Construction Company” MMC ləğv olunur. Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir. Ləğv olunduğunu elan edən şirkət kreditorlara müraciət edib ki, iki ay ərzində tələblərini Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev Bakı şəhəri, Sabunçu rayonu, 8 küçəsi ünvanına bildirə bilərlər. Qeyd edək ki, “Akkord Hydrotechnical Construction Company” 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 274 541,46 manat, qanuni təmsilçisi isə Şahin Şirinovdur. Şirkətin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir. Məlumat üçün bildirək ki, şirkətin həm də dövlət qarşısında külli miqdarda vergi borcu vardır. Belə ki, MMC-nin vergi borcunun məbləği 1 190 998,33 manat təşkil edir. Xatırladaq ki, bu ilin mart ayında Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən “Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.
    Click here to Read more
    Prev Article
    Pomidor və xiyarlar nə üçün dadsızdır?
    Next Article
    Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment