Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir

    1 hour ago

    Finss.az - Yaz fəslində allergik hallar kəskinləşir. Xüsusilə bitki tozcuğuna qarşı yaranan tənəffüs allergiyaları, dəridə səpgilər, göz və burun axıntısı daha tez-tez müşahidə olunur. Məişət və qida allergenlərinə, dərman preparatlarına qarşı allergiyalara isə hər fəsildə rast gəlinir. Allergiyaların vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə allergiyaların diaqnostika və müalicəsi üzrə geniş spektrli tibbi xidmətlər qarşılanır. 2024-cü il ərzində allergiyaların diaqnostika və müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 20 065 tibbi xidmət icra olunub. Xidmətlər Zərfində yer alan bu xidmətlər allergiyaların səbəblərinin dəqiq müəyyən edilməsinə və fərdi müalicə planının hazırlanmasına şərait yaradır. Allergiyanın səbəbini müəyyən etmək üçün qanda allergenə qarşı anticisimlərin təyininə əsaslanan spesifik IgE və IgG testləri aparılır. Allerqoloji panellər antibiotiklərə, qidaya, tənəffüs allergenlərinə qarşı spesifik allergiyaların müəyyən olunmasına xidmət edir.   Bu panellər arasında pediatrik variant da mövcuddur ki, bu da xüsusilə uşaqlarda tez-tez rast gəlinən allergik halların aşkarlanması üçün nəzərdə tutulub. Allergik panellərin məqsədi xəstənin allergiyasının səbəbini dəqiq müəyyən etməklə həkimlərə fərdi və effektiv müalicə planı hazırlamağa imkan verməkdir. Bu müayinələrlə yanaşı, tibbi göstərişə görə digər tələb olunan müayinələr də (qanın ümumi və biokimyəvi analizi, rentgen, ultrasəs müayinəsi və s.) icbari tibbi sığorta hesabına həyata keçirilir. Sözügedən müayinələr təngnəfəslik, boğulma, hipotoniya (təzyiqin enməsi), ödem, asqırma, burun tutulması, dəri reaksiyaları (qaşınma, səpgi və s.), konyuktivanın hiperemiya və ödemi, eləcə də digər allergik şikayətlərin səbəbini dəqiq müəyyən etməyə imkan verir. Həmçinin tibbi göstərişə əsasən allergik xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Sığortaolunanlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator və instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur. Məlumat üçün qeyd edək ki, allergik reaksiyalar - allergenin dəri ilə birbaşa təması, nəfəsalma zamanı tənəffüs yollarına, qida qəbulu ilə həzm sisteminə düşməsi, həşərat sancmaları və digər səbəblərdən baş verə bilər. Ən çox yayılmış allergenlərə heyvan tükləri, toz, qida, kosmetika, dərmanlar, bitki tozcuqları, nikotin tüstüsü və s. aiddir. Allergik reaksiyalara həzm pozğunluqları, bağırsaqlarda iltihablı proseslər və qurd invaziyaları da səbəb ola bilər. Kiçik uşaqlarda allergiyanın səbəbi ana südü ilə qidalanmadan imtina və süni qidalanmaya keçid ola bilər. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Bakıda qadın sahibkar həbs edildi
    Next Article
    İnvestisiyaların 50,9 faizi məhsul istehsalına sərf edilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment