Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Almaniya müdafiə xərclərini 60 milyard avrodan çox artırmaq istəyir

    2 days ago

    Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin illik müdafiə xərclərini 60 milyard avrodan çox artırmağı planlaşdırır. HİT.az xəbər verir ki, "Reuters" öz mənbələrinə istinadən yazıb. "Pistorius ölkənin illik müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmaq istəyir", deyə agentliyin məlumatında qeyd edilir. Mart ayında Almaniyanın kansleri vəzifəsinə bir gün əvvəl təyin olunan CDU/CSU blokunun rəhbəri Fridrix Merz hökumətin borclarının artırılması məsələsində Yaşıllar Partiyası ilə razılığa gəldiyini açıqlamışdı. O qeyd edib ki, əldə olunan vəsait müdafiə büdcəsi və infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq. Daha sonra Almaniya parlamenti (Bundestaq) 736 deputatdan 513-ü düzəlişlərin lehinə səs verərək islahatı təsdiqləyib. "Səsvermənin nəticələri əsas prioritetlər: təhlükəsizlik və inkişaf üzrə konsensusu əks etdirir", deyə Bundestaqın prezidenti Barbel Bas bildirib. Samir
    Click here to Read more
    Prev Article
    Birinci xanımlar görüşdü - Foto
    Next Article
    Braziliya Rusiya ilə Uran Mədəni Müqaviləsi imzalayacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment