Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Almaniyada inflyasiya aprel ayında 2,2%-ə qədər azalıb

    2 hours ago

    Ölkənin Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatları təqdim edən hesabatına əsasən, Almaniyada Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri 2025-ci ilin aprel ayında illik müqayisədə 2,2% artıb. Finss.az xəbər verir ki, əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,5% artıb. Trading Economics-in məlumatına görə, analitiklər orta hesabla aprel ayı inflyasiyasını illik 2,1% və aylıq 0,4% səviyyəsində proqnozlaşdırmışdılar. Mart ayında bu göstəricilər müvafiq olaraq 2,3% və 0,4% olub. Alman standartları ilə hesablanan istehlak qiymətləri aprel ayında illik müqayisədə 2,1%, mart ayı ilə müqayisədə isə 0,4% artıb. Ekspertlər orta hesabla göstəricilərin müvafiq olaraq 2% və 0,3% artacağını gözləyirdilər.
    Click here to Read more
    Prev Article
    ABŞ İranın neft-kimya sənayesinə qarşı sanksiyaları genişləndirir
    Next Article
    ABŞ ÜDM gözlənilmədən birinci rübdə 0.3% azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment