Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    AMB 2025-ci ilin birinci rübü üzrə kredit statistikalarını açıqlayıb

    5 days ago

    Finss.az - Azərbaycan Mərkəzi Bankı, 2025-ci ilin birinci rübü ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən sənaye və nəqliyyat sektorlarına verilmiş biznes kreditlərinin həcmini açıqlayıb. Məlumata görə, cari ilin ilk rübündə banklar ölkənin sənaye sektoruna ümumilikdə 2 milyard 689 milyon manat kredit ayırıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon manat və ya 1,1 faiz artım göstərir. Eyni dövrdə yerli banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditləri isə 1 milyard 478 milyon manat təşkil edib. Bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 203 milyon manat və ya 15,9 faiz artmışdır. Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, 2025-ci ilin aprelin 1-nə qədər ölkədə fəaliyyət göstərən bankların ümumi biznes kredit portfeli 14 milyard 935 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,1 faiz artım deməkdir.  
    Click here to Read more
    Prev Article
    Azərbaycanın Sənaye Zonaları: İxrac imkanları artıb
    Next Article
    Vyetnamla ticarət dövriyyəsi 100 mln. dollarını ötüb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment