Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Apellyasiyaya üz tutan abituriyentlər artır...

    2 hours ago

    “Keçən il 11-ci sinif üzrə buraxılış imtahanlarının nəticəsinə yenidən baxılması üçün apellyasiya komisiyyasına 10496 şagird 29966 yazı işi ilə bağlı müraciət etmişdi. DİM- in rəsmi məlumatına görə bu  şagirdlərin 15%-i ya ümumiyyətlə tapşırığı yazmamış, ya da meyarlarla tanış olmadan komisiyaya müraciət etmişlər. Bu  işlərə baxmaqdan imtina edilmişdir. Qalan müraciətlərə isə rəsmi cavab verilmişdir”.  Bu fikirləri Hit.az-a təhsil eksperti Cahid İmanlı deyib. O bildirib ki, bir çox şagirdlərin iddiası səhv olsa da kifayər qədər şagirdin balı artırılıb. Hətta apellyasiyadan sonra maksimum 300 bal yiğan şagird də olmuşdur: "Apellyasiya ilə bəzi şagirdlər 15 bal belə bal artımına nail olublar ki, bu da ciddi rəqəmdir. Bu il isə keçən ildən daha çox şagird - 10981 nəfər apellyasiya komisiyasına müraciət ediblər. DİM hələlik apelyasiyanın nəticələrinin statistik təhlilini verməsə də şübhəsiz eyni tendensiya  davam edir. Nəzərə almaq lazımdır ki, ixtisas seçimində 0,1 bal belə şagirdin taleyini həll edir. Bu prizmadan yanaşdıqda yüzlərlə şagirdin haqsızlıqla və ya məsuliyyətsizliklə üzləşdiyini deyə bilərik. Üstəlik,özünü haqlı hesab edən, lakin apellyasiyya müraciət etməyən 100-lərlə şagird kontingenti də mövcuddur. Yaranan mənzərə heç də xoşagələn deyil.  DİM-in imtahan nəticəsindən sonra apellyasiya ilə hansısa şagirdin balını artırması qəbuledilməzdir. Bəs kənd yerlərində yaşayan, internetə çıxışı olmayan, prosesi anlamayan haqlı şagirdlərin aqibəti necə olsun?. Ümumiyyətlə,  DİM imtahan suallarının formatını elə qurmalıdır ki, nəticələrin qiymətləndirilməsi insan amili ilə yox, optik oxuyucular vasitəsilə mümkün olsun. Belə olduqda "insan xətaları" da aradan qalxacaq, apellyasiyya da ehtiyac qalmayacaq, eləcə də nəticələrin elan olunması vaxtı da qısalacaq,(hazırda buraxilş imtahanın nəticələri 6 həftəyə elan edilir) həm də kifayət qədər vəsaitə qənaət ediləcək. Yazı işlərinin yoxlanmasının çətinliyini başa düşmək üçün qeyd edim ki, DİM hər il təxmini 2,5 milyon yaşı işi yoxlamalı olur". Sevinc
    Click here to Read more
    Prev Article
    Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı bəlli olub
    Next Article
    Alimlər: Gözlənilən ömür immunitetdən asılıdır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment