Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Apple" 1 milyard dollar zərərə hazırdır

    1 minute from now

    ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi gömrük tarifələrinin doğurduğu qeyri-müəyyənlik davam etdiyi bir vaxtda "Apple" 2024-cü ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb.  Valyuta.az xəbər verir ki, rəqəmlər şirkətin hazırkı vəziyyətinin ümumilikdə sabit olduğunu göstərsə də, gələcək üçün qeyri-müəyyənliklər davam edir. "Apple"ın baş direktoru Tim Kukun sözlərinə görə, Tramp administrasiyasının tarifləri hələlik şirkətə ciddi təsir etməyib. Bunun əsas səbəbi olaraq şirkətin tədarük zəncirini və stok idarəçiliyini əvvəlcədən optimallaşdırması göstərilir. Kuk bildirib ki, bu tədbirlər çərçivəsində Hindistan və Braziliyadakı istehsal gücü artırılıb və gömrük vergiləri tətbiq olunmazdan əvvəl Hindistandan ABŞ-a 600 tondan çox "iPhone" göndərilərək böyük ehtiyat yaradılıb. Lakin bu ehtiyatlar məhduddur və tükəndikdən sonra tariflərin real təsirləri daha açıq şəkildə hiss oluna bilər. Beləliklə, "Apple" gələcəkdə bu təzyiqlərə daha çox məruz qala bilər. Tramp administrasiyası daha əvvəl smartfon və kompüterlərin tariflərdən azad ediləcəyini bəyan etmişdi, lakin bu qərarın da sabitliyi təmin olunmayıb və istənilən an dəyişə bilər. "Apple"ın apardığı risk təhlillərinə görə, gömrük tariflərinin şirkətə təxmini maliyyə zərəri 1 milyard dollar təşkil edir. Bu məbləğ nisbətən böyük görünsə də, texnologiya nəhənginin ümumi maliyyə göstəriciləri fonunda əhəmiyyətsiz hesab olunur. Lakin ABŞ və Çin arasında ticarət gərginliyi dərinləşərsə və tariflər daha sərt formada tətbiq olunarsa, bu, istehlakçılara da təsir edə bilər. Belə bir ssenaridə ABŞ-da satılan "iPhone"ların qiyməti nəzəri baxımdan 10 min, hətta 20 min dollara çata bilər. Bu da yalnız "Apple"ı deyil, bütün smartfon sənayesini sarsıdan nəticələr doğura bilər. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Winter fuel cuts were factor at elections, says minister
    Next Article
    Türkiye, tüm dünya ile iyilik için koştu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment