Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    "Apple"dan "Google"a süni intellekt zərbəsi: Axtarış müharibəsi başlayır

    7 hours ago

    "Apple" "Safari" brauzerinə süni intellektlə dəstəklənən axtarış sistemi inteqrasiya etməklə "Google"un milyardlarla dollar dəyərindəki axtarış bazarındakı liderliyini sarsıtmağa hazırlaşır.  Valyuta.az xəbər verir ki, bu addım onlayn axtarış sahəsində yeni bir dövrün başlanğıcı ola bilər. "Safari"də süni intellekt dəstəyi ilə yeni mərhələ "Bloomberg"in xəbərinə görə, "Apple" "Safari" brauzerini tamamilə yenidən dizayn edərək, axtarış təcrübəsini süni intellekt əsasında formalaşdırmaq niyyətindədir. Bu təşəbbüs, ənənəvi axtarış sistemlərinin yerini süni intellekt əsaslı həllərə verə biləcəyini göstərir. Hazırda "Apple" cihazlarında standart axtarış sistemi kimi "Google" istifadə olunur və bunun müqabilində "Google" hər il "Apple"a təxminən 20 milyard dollar ödəyir. Bu razılaşma "Google"un "Safari" üzərindən əldə etdiyi ümumi reklam gəlirinin təqribən 36 faizini təşkil edir. Beləliklə, "Apple"ın bu əməkdaşlıqdan imtina etməsi "Google" üçün milyardlarla dollar gəlir itkisi deməkdir. Axtarış vərdişləri dəyişir "Apple" rəhbərlərindən Eddi Kyu ötən ay bildirib ki, "Safari" üzərindən edilən axtarışların sayında ilk dəfə azalma müşahidə olunub. Onun fikrincə, bu azalma istifadəçilərin informasiya əldə etmək üçün süni intellekt alətlərindən daha çox istifadə etməyə başlaması ilə bağlıdır. Kyu əlavə edib ki, "OpenAI" və "Perplexity AI" kimi süni intellekt həlləri zamanla ənənəvi axtarış sistemlərini əvəz edə bilər. Bu səbəbdən həm "Apple", həm də "Google" süni intellekt əsaslı axtarış texnologiyalarını gələcəkdə "Safari" kimi brauzerlərə inteqrasiya etməyi planlaşdırır. Lakin bu texnologiyaların yaxın müddətdə əsas axtarış sistemi kimi təqdim olunmayacağı vurğulanıb. Rəqabət qızışır: süni intellektlə axtarış yarışı Digər tərəfdən, "Apple" 2025-ci ilin iyun ayında təqdim ediləcək "iPhone 17" modelində "Google"un "Gemini" süni intellekt texnologiyasını istifadə etmək üçün "Google" ilə danışıqlar aparır. Eyni zamanda, "OpenAI" və "Perplexity" kimi süni intellekt yönümlü startaplar da "Google" üçün ciddi rəqabət təzyiqi yaradır. Məlumatlara görə, "ChatGPT" "Apple" ilə əldə edilən xüsusi razılaşma çərçivəsində "Siri"yə inteqrasiya ediləcək seçimlərdən birinə çevrilə bilər. Ekspert rəyi: "Google"un reklam monopoliyasına zərbə "DA Davidson" şirkətindən analitik Gil Luriya bildirib ki, "Google" hazırda axtarış bazarında təxminən 90 faiz paya sahibdir və bu, faktiki bir monopoliyadır. Onun sözlərinə görə, güclü alternativlər ortaya çıxarsa, reklamverənlər büdcələrini "Google"dan başqa platformalara yönəldə bilər və bu da "Google"un reklam gəlirlərinə birbaşa təsir edər. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Azərbaycana dekorativ balıq satan ölkələr - Kiloqramı 116 manatdan
    Next Article
    Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment