Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Apreldə 195-1 Çağrı Mərkəzinə 62 minə yaxın müraciət daxil olub

    30 minutes ago

    Finss.az - Cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 62 minə yaxın müraciət daxil olub. 2025-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən 55635 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 61787 xidmət göstərilib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb. Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək mümkündür və göstərilən xidmətlər ödənişsizdir.     Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    ABŞ səfirliyinin Tbilisidə partlayış təhlükəsi ilə bağlı mesajının yalan olduğu ortaya çıxdı
    Next Article
    DİN: Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment