Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    AQC-nin rəhbərliyi formalaşdı - FOTO

    15 minutes from now

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) mayın 3-də baş tutan VIII hesabat-seçki konfransından sonra Cəmiyyətin İdarə Heyətinin ilk iclası keçirilib. AQC sədri Vüqar Oruc Cəmiyyətin Nəzarət-Təftiş Komissiyasının (NTK) konfrans sonrası ilk yığıncağının artıq keçirildiyini və Namiq Məmədovun NTK sədri seçildiyini diqqətə çatdırıb. Sədr “AQC ali orqanlarının fəaliyyətini tənzimləyən Əsasnamə” layihəsini təqdim edib və layihə İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Eyni zamanda sədr Vüqar Orucun AQC rəhbərliyinin yeni tərkibi ilə bağlı sərəncamı da yekdilliklə təsdiq olunub. Fərid Rüstəmov AQC sədrinin birinci müavini, Azər Niftiyev, Nail Həşimov və İbrahim Quliyev sədrin müavinləri, Rüfət Əliyev AQC İcra Aparatının rəhbəri, Orxan Həsənov, Eldar Təhməzov və İradə Şükürova isə AQC sədrinin müşaviri vəzifələrinə təyinat alıblar. Yığıncaqda AQC-nin gələcək fəaliyyət istiqamətləri ilə bağlı ciddi müzakirələr aparılıb və mühüm qərarlar qəbul edilib. Qurumun dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, biznes subyektləri, assosiativ birliklər, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığnının davam etdirilməsi qərara alınıb. VIII hesabat-seçki konfransında nümayəndələrinin fəal şəkildə iştirak etmələri səbəbindən İdarə Heyətinin adından Ədliyyə naziri Fərid Əhmədova, Mərkəzi Bankın sədri Taleh Kazımova, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədova təşəkkür məktubu göndərilməsinə dair qərar qəbul edilib.
    Click here to Read more
    Prev Article
    Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
    Next Article
    Hindistan Trampın ticarət müharibəsinə cavab olaraq ilk addımı atır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment