Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    AQC-nin VIII Hesabat-Seçki Konfransı keçirilib, Vüqar Oruc yenidən sədr seçilib

    1 hour ago

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) VIII Hesabat-Seçki Konfransı keçirilib. Konfrans işinə başlamazdan öncə AQC rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfransın girişində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra AQC sədri Vüqar Oruc və Cəmiyyətin Nəzarət-Təftiş Komissiyasının sədri Tural Bağırovun hesabatları dinlənilərək qənaətbəxş  hesab olunub.   Konfransda Milli Məclisin deputatları Vüqar İsgəndərov, Səbinə Salmanova, Məşhur Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədrinin müavini Emil Hüseynli, Ədliyyə Nazirliyinin nümayəndəsi Vüsal Məmmədov, Azərbaycan Mərkəzi Bankının sektor müdiri Xəzan Baxşəliyev,  Məhkəmə monitorinqi sektorunun məsləhətçisi Erkin Musayev qonaq qismində iştirak edib, çıxışlar səsləndiriblər.  Qonaqlar öz nitqlərində Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirdiklərini ifadə edib, onun fəaliyyətinə uğurlar arzulayıblar.  Daha sonra konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilərək qəbul olunub.  Müraciətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq arenada hərbi, iqtisadi, siyasi və diplomatik arenada qazandığı uğurlar, xüsusən 44 günlük vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi qürurla yad edilib, əldə edilən nəaliyyətlərə görə ölkə başçısına təşəkkür ünvanlanıb. Qeyd edilib ki, beynəlxalq münasibətlər sisteminin gərgin olduğu bir şəraitdə milli maraqlara söykənən müstəqil siyasət yürüdən Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, paytaxt Bakıda və Respublikamızın digər regionlarında keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər, Avropa İttifaqı, Rusiya, Çin və digər nəhəng dünya dövlətləri ilə uğurlu təmaslar, türk dövlətləri arasında həmrəyliyin inkişafına verilən töhfələr ölkəmizi geosiyasi müstəvidə əsas aktorlardan birinə çevririb.  Vurğulanıb ki, 2024-cü ilin dekabr ayının 30-da Prezident İlham Əliyevin Fərmanı ilə “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi qüvvəyə minib. Bununla ölkəmizdə qiymətləndirmə sektoru yeni mərhələyə qədəm qoyub. Qanuna müvafiq olaraq ölkə qiymətləndiricilərin uzun müddətdir gözlədiyi hadisə baş verib və Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunub. Qiymətləndiricilərin tənzimləmə siyasətini həyata keçirəcək müddəalar yeni qanunda öz əksini tapıb. Müraciətdə bu uğurun ölkə başçısının qiymətləndirmə sektorunun inkişafına verdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğu xüsusi qeyd olunub, cənab Prezidentə dərin minnətdarlıq bildirilib. Müraciətin yekununda konfrans iştirakçıları milli iqtisadiyyatımızın inkişafı, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, Böyük Qayıdışın uğurla təmini, habelə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması yolunda atılan addımlarda Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan ediblər. Konfransın gedişində AQC-nin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər baş tutub. İştirakçılar tərəfindən səsvermə nəticəsində Vüqar Oruc 82 səslə yenidən AQC-nin idarə heyətinin sədri seçilib. Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin idarə heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.  Səsvermənin nəticələri elan edildikdən sonra AQC sədri Vüqar Oruc çıxış edərək Cəmiyyətin bundan sonrakı fəaliyyətində də Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı, Azərbaycan qiymətləndiricilərinin bilik və bacarıqlarının artırılması, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu töhfələr verəcəyini vurğulayıb. Yekunda konfrans iştirakçıları ilə xatirə şəkli çəkdirilib. 
    Click here to Read more
    Prev Article
    "Ekolizinq"in istiqrazlarına 2 investor maraq göstərib
    Next Article
    Fuad Əsgərov da kriptovalyuta qurbanı olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment