Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    ARDNF-in aktivləri artıb: Büdcəyə 159,5 milyard manat köçürüb

    1 week ago

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 mart tarixinə qədər ümumi 159 552,2 milyon manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib. Bu barədə Finss.az Dövlət Neft Fonduna istinadən məlumat verib. Yanvar-mart ayları ərzində isə ARDNF 2025-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3 620,3 milyon manat vəsait transfert edib. 31 mart 2025-ci il tarixinə olan məlumatlara görə, ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 milyon ABŞ dolları təşkil edib. Qeyd edək ki, ARDNF 1999-cu il 29 dekabr tarixində təsis edilib və neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. Fondu büdcədənkənar, ayrıca dövlət təsisatı kimi fəaliyyət göstərir. ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır. Bu dövr ərzində Fond institusional olaraq yüksək səviyyədə inkişaf edərək beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Təbii sərvətlərin idarəsində yeni mərhələ: Monitorinq nəticələri təqdim edilib
    Next Article
    Azərbaycanda ISO standartlarına uyğun müəssisələrin sayı 2,5 dəfə artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment