Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Avropa aviasiya nəhəngin birinci rübdə 249 milyon zərər edib

    4 hours ago

    Fransa-Niderland mərkəzli aviasiya qrupu "Air France-KLM" bu ilin birinci rübündə 249 milyon avro (283 milyon dollar) xalis zərər etdiyini açıqlayıb.  Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 500 milyon avrodan çox zərərlə müqayisədə azalma deməkdir. AFP agentliyinin xəbərinə görə, şirkət 2024-cü ilin ilk rübündə dövriyyəsinin 8 faiz artaraq 7,2 milyard avroya çatdığını bildirib. Qrup itkilərin azalmasını səyahət tələbinin davam etməsi və yanacaq qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirib. Yanvar-mart dövründə sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 21,8 milyon nəfərə çatıb. Qrupun baş direktoru Bencamin Smit yay mövsümünə olan bilet satışlarının şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına töhfə verdiyini vurğulayıb. Şirkət əlavə edib ki, may-iyun aylarında Avropadan ABŞ-a edilən səyahət rezervasiyaları ötən illə müqayisədə 2,4 faiz azalsa da, ABŞ şəhərlərindən Avropaya olan bilet satışları 2,1 faiz artıb. "Air France-KLM" 2025-ci ildə yanacaq xərclərinin 2024-cü ildəki 7,3 milyard avrodan 6,7 milyard avroya enəcəyini proqnozlaşdırır. Şirkət 2024-cü ildə təyyarə çatışmazlığı, güclü dollar və Olimpiya Oyunları zamanı insanların Parisdən uzaq durması səbəbindən çətinliklərlə üzləşib. Bu hallar nəticəsində illik xalis mənfəət 317 milyon avro ilə məhdudlaşıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? - AYNA hərəkətə keçəcək
    Next Article
    Trendyol 1. Lig'de 37. hafta maçlarının hakemleri açıklandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment