Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Avropada turist izdihamından uzaq, ən yaxşı çimərlik kurortları (SİYAHI)

    15 hours ago

    Avropada yay aylarında bəzi məşhur turizm istiqamətləri həddindən artıq turist axını və yüksək qiymətlər səbəbilə artıq cəlbedici deyil. Lakin hələ də sakitlik axtaranlar üçün kütlədən uzaq, az tanınsa da təbii gözəlliyi ilə seçilən kurortlar mövcuddur. Vayuta.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tanınmış turizm platforması "Europe’s Best Destinations" Avropada həddindən artıq turizmdən hələ təsirlənməyən, ən yaxşı 13 sahilyanı kurortun siyahısını təqdim edib. Reytinqə Portuqaliyanın cənubundakı turizm bölgəsi olan Alqarvedə yerləşən Kosta-Visentina (Costa Vicentina) regionu başçılıq edir. Məlumatda bildirilir ki, Portuqaliyanın cənub-qərbində yerləşən Kosta-Visentina dramatik qayalıqları, tənha çimərlikləri və toxunulmamış təbiəti ilə tanınır. Təbii parkın bir hissəsi olan bu bölgə sörfçülər, təbiətsevərlər və piyada gəzinti həvəskarları üçün əsl cənnətdir.  Ziyarətçilər burada Rota Vicentina adlanan mənzərəli yürüş marşrutlarını kəşf edə, Praia da Amoreira kimi sakit çimərliklərdə dincələ və yerli restoranlarda təzə dəniz məhsullarından dada bilərlər. Müəlliflərin qeyd etdiyinə görə, Kosta-Visentina macəra və istirahət arasında ideal balans təklif edir. Avropada izdihamdan uzaq 13 ən yaxşı sahil kurortu: 1. Kosta-Visentina, Alqarve, Portuqaliya 2. San-Migel adası, Azor adaları, Portuqaliya 3. Sivota, Yunanıstan 4. Marina-di-Kamerota, İtaliya 5. Tsasteni, Yunanıstan 6. Formentera, Balear adaları, İspaniya 7. Korçula, Xorvatiya 8. La Qomera, Kanar adaları, İspaniya 9. Egq adası, Şotlandiya, Böyük Britaniya 10. Xora, Alonis adası, Yunanıstan 11. Çefalu, Siciliya, İtaliya 12. Karpatos adası, Yunanıstan 13. Mall adası, Şotlandiya, Birləşmiş Krallıq
    Click here to Read more
    Prev Article
    Netflix'e Çok Seveceğiniz Bir Yapay Zekâ Özelliği Geliyor: Konuşarak Dizi ve Film Önerisi İsteyebileceksiniz!
    Next Article
    Nəsimi rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment