Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Avrozonanın ÜDM-i I-ci rübdə proqnozların üzərində artıb

    1 day ago

    Finss.az - “Eurostat”-ın ilkin qiymətləndirməsinə əsasən, Avrozona ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin birinci rübündə illik müqayisədə 1.2%, əvvəlki rüb ilə müqayisədə isə 0.4% artıb. Analitiklər Avrozonada illik iqtisadi artımın 1%, rüblük artımın isə 0.2% olacağını proqnozlaşdırmışdılar. Qeyd etmək lazımdır ki, dördüncü rübdə Avrozonanın ÜDM-i illik ifadədə 1.2%, rüblük ifadədə isə 0.2% artmışdı. Avropa İttifaqının 27 ölkəsinin birgə ÜDM-i isə, ilkin qiymətləndirməyə görə, birinci rübdə illik ifadədə 1.4%, rüblük ifadədə isə 0.3% artım göstərib. Ötən rübdə bu göstəricilər müvafiq olaraq 1.4% və 0.4% olmuşdu. Rüblük ifadədə ən yüksək iqtisadi artım İrlandiyada (+3.2%), İspaniya və Litvada isə (+0.6%) qeydə alınıb. Təkcə Macarıstanda iqtisadi azalma (-0.2%) müşahidə olunub.
    Click here to Read more
    Prev Article
    Kiçik sahibkarlar üçün maliyyə imkanı: Zaminsiz və faizsiz xidmətli kredit
    Next Article
    Mayın ilk günü bürcləri nə gözləyir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment