Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    AZCON-da iki təyinat olub

    3 hours ago

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub. Valyuta.az. "Report"a istinadən xəbər verir ki, bu barədə AZCON-dan məlumat verilib. Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib. Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə idarəsində başlayıb. 2018-2025-ci illərdə “SOCAR Caspian İnnovation Center” MMC-də çalışıb və 2022-ci ildən etibarən baş əməliyyatlar direktoru vəzifəsini icra edib. Bakı Ali Neft Məktəbinin müəllimidir. O, 2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir. O.Quliyev 1989-cu ildə anadan olub. O, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistratura təhsili alıb. Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə 2004-cü ildə BP şirkətində başlayıb. 2007-2012-ci illərdə “Paşa İnşaat” şirkətində Təchizat üzrə menecer kimi çalışıb. 2012-2022-ci illərdə “North West Construction” şirkətində Təchizat zəncirinin idarəolunması departamentinin direktoru, 2017-2022-ci illərdə “North West Construction” şirkətinin idarə heyətinin üzvü və şirkətin Monteneqro üzrə ölkə direktoru kimi fəaliyyət göstərib. E.Pənahov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi kimya üzrə bakalavr təhsili alıb. Avropanın təchizat üzrə ixtisaslaşmış universitetlərinin bir çox təlimlərindən keçərək sertifikatlar əldə edib.
    Click here to Read more
    Prev Article
    Breast cancer gene families given hope by drug trial
    Next Article
    TFF'den Fenerbahçe ve Galatasaray'a ret!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment