Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan bank sektoru islahatları ilə regionun liderlərindəndir -"S&P Global Ratings"

    4 days ago

    Azərbaycan, Qazaxıstan və Ermənistanla yanaşı, Qafqaz və Mərkəzi Asiya regionunda bank sektoru islahatları ilə ən irəlidə olan ölkələrdən biridir. Finss.az “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına əsasən xəbər verir ki, bu islahatlar iki əsas istiqamətdə aparılır: Tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi: Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır. Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir. Bank sektorunda potensial böhranların sistemli şəkildə idarə olunmasına imkan verən sağlamlaşdırma (resolution) rejiminin tətbiqi: “S&P” agentliyi qeyd edir ki, Azərbaycan bu sahədə də Ermənistan və Qazaxıstanla birlikdə nəzərəçarpacaq irəliləyişlər göstərən ölkələr sırasındadır. Hesabatda, ümumilikdə, EMEA regionunun (Avropa, Yaxın Şərq və Afrika) inkişaf etməkdə olan bazarlarında sağlamlaşdırma rejiminin tətbiqində ciddi ləngimələrin olduğu vurğulanır. Bu bazarlar beynəlxalq tənzimləmələri qəbul etsələr də, "resolution" rejiminin tam tətbiqinə keçid zəifdir. Tərəddüdlərin səbəbləri arasında hökumət dəstəyinə olan inamın zəifləyə biləcəyi narahatlığı, yerli kapital bazarlarının məhdudluğu, beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarının zəifliyi və banklar üçün əlavə maliyyə yükü yaratma ehtimalı göstərilir. Həmçinin, bir çox ölkədə institusional çərçivələrin yetərincə inkişaf etməməsi bu prosesin qarşısını alan əsas amillərdən biri kimi qeyd olunur. “S&P” agentliyi bu səbəblərlə regionda sağlamlaşdırma rejiminin genişmiqyaslı tətbiqinin yaxın dövrdə mümkün olmayacağını proqnozlaşdırır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Pirallahı rayonunda Mətbuat küçəsi təmir edilir - VİDEO/FOTO
    Next Article
    ASUS ROG Ally 2 ve Xbox Versiyonu FCC’de Ortaya Çıktı: Ryzen Z2 Extreme İşlemci ve 64 GB RAM

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment