Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir

    5 hours ago

    Ötən il Azərbaycanda adambaşına düşən aylıq istehlak xərci 363 manat 52 qəpik olub.   İstehlak xərclərinin 43,5%-i və ya 158 manat 11 qəpiyi qida məhsullarının alınmasına sərf olunub.   Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə əhalinin qida məhsullarına xərclədiyi aylıq vəsait 2,2% artıb.   Qeyd edək ki, qida məhsullarından sonra əhali ən çox kommunal xidmətlərə (su, işıq, qaz və digər yanacaq növlərinə) pul xərcləyib. Ay ərzində kommunal xidmətlərə adambaşına 28 manat 69 qəpik pul xərclənib və bu da ümumi xərclərin 7,9%-nə bərabər olub.   Əhalinin adambaşına düşən aylıq xərcləri aşağıdakı kimi olub:   - Qida məhsullarına – 158,11 manat (43,5%); - Su, işıq, qaz və digər yanacaq növlərinə – 28,69 manat (7,9%); - Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa – 27,62 manat (7,6%); - Mehmanxana, kafe və restoran xidmətlərinə – 25,55 manat (7%); - Nəqliyyat xidmətlərinə – 24,35 manat (6,7%); - Paltar və ayaqqabıya – 21,17 manat (5,8%); - Digər mal və xidmətlərə – 19 manat (5,3%); - Səhiyyə xidmətlərinə – 19 manat (5,2%); - İstirahət və mədəniyyət xidmətlərinə – 14,69 manat (4%); - Rabitə xidmətlərinə – 12,31 manat (3,4%); - Tütün məmulatlarına – 7,01 manat (1,9%); - Təhsil xərclərinə – 6,02 manat (1,7%); - Alkoqollu içkilərə – 2,04 manat (0,6%).   Mənbə: yeniavaz.com  
    Click here to Read more
    Prev Article
    Azərbaycana gələn sel Xəzərin suyunu nə qədər artıracaq?
    Next Article
    “Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment