Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan manatı ilə qısa müddətli overdraft kreditləri: Sahibkarlar üçün yeni imkan

    2 hours ago

    "Bank of Baku" ASC, ölkə daxilində fəaliyyət göstərən sahibkarlar və hüquqi şəxslər üçün qısa müddətli overdraft kreditləri təqdim edir. Finss.az xəbər verir ki, bu kredit məhsulu gündəlik biznes xərclərinin (kommunal, vergi, gömrük ödənişləri və əməkhaqqı hesablaşmaları) qarşılanması üçün nəzərdə tutulub. Overdraft kreditləri yalnız Azərbaycan manatı (AZN) ilə rəsmiləşdirilir. Kreditin müddəti maksimum 31 günədək müəyyən olunur. İllik faiz dərəcəsi fərdi qaydada tətbiq edilir, bəzi hallarda 0% də ola bilər. Komissiya haqqı isə 2% olmaqla fərdi qaydada artırıla və ya azaldıla bilər. Kredit üçün müraciət edə biləcək şəxslər: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Hüquqi şəxslər Ərizəçilərin yaşı kreditin son ödəniş tarixində 70 yaşı keçməməlidir. Zaminlik, daşınmaz əmlak, nəqliyyat vasitəsi, pul vəsaiti və ya digər təminatlar tələb olunur. 50 000 AZN-dən yuxarı overdraft limiti üçün möhkəm təminat şərti mütləqdir. Bu kredit, biznes subyektlərinə gözlənilməz xərcləri qarşılamaq və dövriyyəni tənzimləmək üçün çevik maliyyə dəstəyi təklif edir. Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/361 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Emin Əmrullayev: “Xankəndidə yeni məktəbə ehtiyac var”
    Next Article
    Sedan tipli avtomobilin alınması - TENDER

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment