Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırdı

    3 days ago

    Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb. Valyuta.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib. Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
    Click here to Read more
    Prev Article
    Bu tarixdə pensiyalar ödəniləcək
    Next Article
    Məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi - Məqsəd nədir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment