Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda Çinli turistlərin ən çox üstünlük verdiyi bölgələr

    8 hours ago

    Bu ilin ilk üç ayı ərzində Çindən Azərbaycana gələn turistlər ölkəmizdə ümumilikdə 23 573 gecə keçiriblər. Gecələmələrin bölgələr üzrə paylanması, Çin vətəndaşlarının səfər vərdişləri və maraq göstərdikləri məkanlar barədə maraqlı mənzərə yaradır. Valyuta.az xəbər verir ki, rəqəmlərə əsasən, Çinli turistlərin əsas ünvanı Bakı olub. Onlar paytaxtda 14 800 gecə qalıblar. Bu, ümumi gecələmələrin böyük hissəsini təşkil edir və Bakının Çin turistləri üçün əsas cazibə mərkəzi olduğunu göstərir. Bölgələr içərisində isə Naftalan şəhəri xüsusilə seçilir – burada Çin vətəndaşları 2 291 gecə keçiriblər. Sağlamlıq turizmi ilə tanınan bu bölgənin Çinlilər tərəfindən seçilməsi təsadüfi deyil. Ən az gecələmə isə Zaqatalada qeydə alınıb – cəmi 24 gecə. Bu göstərici bölgənin Çin turistləri üçün hələlik geniş tanınmadığını və tanıtım potensialının olduğunu göstərir. Digər bölgələr üzrə gecələmələrin sayı isə belədir: Qax – 1 110 gecə Qusar – 1 148 gecə Qəbələ – 825 gecə Şəki – 625 gecə Quba – 589 gecə Gəncə – 447 gecə Şamaxı – 370 gecə İsmayıllı – 353 gecə Lənkəran – 118 gecə Şabran – 48 gecə Xaçmaz – 48 gecə Digər rayon və şəhərlər – 777 gecə Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Dreame'den Annelerimizin Hayatını Kolaylaştıracak Anneler Günü Hediyeleri
    Next Article
    Almanya’da AfD kararına mahkeme freni: İtiraz sonuç verdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment