Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda məşhur pivə biznesi satılır

    6 hours ago

    Azərbaycanın pivə sənayesində önəmli yerə sahib olan "Bakı-Pivə" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Valyuta.az-ın məlumatına görə, cəmiyyətin nizamnaməsinin 6.6 və 6.7-ci maddələrinə əsasən səsvermənin qiyabi şəkildə keçirilməsi planlaşdırılır. Məlumata görə, yığıncaq 30 iyun 2025-ci il tarixində saat 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, ev 1 ünvanında keçiriləcək. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. Ümumi yığıncağın sədri və katibinin seçilməsi; 2. Təftiş komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi; 3. Hesablama komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi; 4. Cəmiyyətin Müşahidə Şurasının sədri və üzvlərinin seçilməsi; 5. 2023 və 2024-cü maliyyə illərinin nəticələrinə əsasən şirkətin hesabatlarının, balans hesabatlarının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi; 6. 2023 və 2024-cü maliyyə illərinin nəticələrinə əsasən dividendlərin ödənilməsi; 7. Cəmiyyətin balansında olan, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, ev 1 ünvanında yerləşən ofis binası və istehsalat sahəsinin bazar dəyərinə (rəsmi qiymətləndirmə hesabatına əsasən) satılması. Qeyd edək ki, "Bakı-Pivə" zavodu 1969-cu ildə Xırdalan şəhərində istifadəyə verilib və uzun illər ərzində ölkənin ən böyük pivə istehsalçılarından biri kimi fəaliyyət göstərib. Nizamnamə kapitalı 2 471 400 manat olan şirkətin qanuni təmsilçisi Antulis Alius. Maya Hüseynova
    Click here to Read more
    Prev Article
    Azərbaycanda 2030-cu ilədək pulsuz evlər veriləcək
    Next Article
    Tavuk eti üretimi yükselişe geçerken, yumurta üretimi geriledi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment