Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

    13 hours ago

    Son illərdə dünyada ali təhsilin təşkilində mühüm dəyişikliklər baş verməkdədir. Qiyabi təhsil forması bir çox ölkələrdə ya tamamilə ləğv olunub, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Bəs Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil ləğv oluna bilər? Təhsil eksperti İlqar Orucov Metbuat.az-a açıqlamasında bildirib ki, artıq Azərbaycanda qiyabi təhsil forması demək olar ki, tarixə qovuşmaqdadır: “Hazırda çox az sayda ixtisas və universitetlərdə qiyabi təhsil davam etdirilir. Magistratura pilləsində qiyabi təhsil ümumiyyətlə mövcud deyil. Bakalavr pilləsində isə bəzi ixtisaslarda hələ də qiyabi təhsil üzrə qəbul aparılır. Ola bilsin ki, həmin ixtisaslarda qiyabi təhsil ləğv olunmasın. Lakin görünən budur ki, dünya təcrübəsi də göstərir ki, qiyabi təhsil artıq əvvəlki kimi prioritet təşkil etmir. Çünki əvvəllər qiyabi təhsil daha çox tələbənin istehsalatdan ayrılmamaqla təhsil almasına imkan verirdi. Yəni tələbə həm işləyir, həm də hər semestr müəyyən müddətə universitetə gəlib sessiyalara qoşulur, imtahan verirdi. Amma qiyabi təhsilin keyfiyyəti həmişə aşağı olub”. İ.Orucovun sözlərinə görə, zaman-zaman universitetlərdə qiyabi təhsil alanlara münasibət formal xarakter daşıyıb: “Mən bunu indi də belədir deyə bilmərəm, amma keçmişdə çox hallarda sadəcə yola verilib. Qiyabi təhsil alan və sonradan məzun olan şəxslərin savad səviyyəsi yetərincə olmayıb. Çünki onlar demək olar ki, auditoriyanı görməyiblər, imtahanlarda güzəşt edilib və hansısa səbəbdən qiymət alıblar. Bu, heç kimə sirr deyil və çox da uzaq olmayan keçmişin hadisələridir. Görünən budur ki, əgər söhbət keyfiyyətli təhsildən gedirsə, qiyabi təhsil bu məqsədə uyğun deyil” Ekspert hesab edir ki, gələcəkdə qiyabi təhsil formasını distant təhsil əvəz edə bilər: “Çünki bizim “Ali təhsil haqqında” qanunda distant təhsil hələ ki yer almır. Lakin hazırda bu qanun müzakirə mərhələsindədir və düşünürəm ki, bu sənəddə distant təhsil məsələsinə də yer verilməlidir. Hal-hazırda qanunvericiliyə əsasən, distant təhsil üzrə verilən diplomlar tanınmır, universitetlər bu formada təhsil təqdim edə bilmirlər. Amma əgər bu imkanlar genişlənsə, distant təhsil qiyabi təhsildən daha səmərəli ola bilər. Bu baxımdan mən düşünürəm ki, artıq yeniliyə, məhz bu formata keçidin vaxtı çatıb”.
    Click here to Read more
    Prev Article
    Keyfinizi Kaçıracak İddia: GTA 6, PS5'te 60 FPS Veremeyecek! (30 FPS Kilitli Olacak)
    Next Article
    Fenerbahçe'de Talisca ve Tadic arasında gerginlik

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment