Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda tibbi tullantıların aqibəti necə olur?

    44 minutes ago

    Ekologiyaya daha çox zərər vermə baxımdan ağıla ilk gələn tullantı növləri arasında tibbi tullantılar da yer alır. Təbiətə atılarsa, ciddi problem yaradacaq olan tibbi tullantılar düşündükcə ciddi narahatlıq doğurur.   Hər gün xəstəxanalarda kifayət qədər tibbi tullantı yaranır ki, bunların aqibəti necə olur, maraqlıdır.   TƏBİB tabeli tibb müəssisələrində tibbi tullantılarla bağlı məsələlər necə tənzimlənir?   Bu barədə Trend-in sorğuauna cavab olaraq TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin icrası məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli Qanununun müvafiq maddələrinin tələbinə uyğun olaraq, dövlət satınalmalarının vahid internet portalı üzərindən (etender.gov.az) satınalma prosesi həyata keçirilir:   "Eyni zamanda satınalmada iştirak edən təchizatçılardan "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq bu Qanunun 1 nömrəli əlavəsinin 1 və 9-cu (Toksiki istehsalat tullantılarının zərəsizləşdirilməsi, utilizasiyası, Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması) bəndlərində göstərilən fəaliyyət növləri üzrə lisenziyaları, habelə tibbi tullantının çeşidlənmə və müvəqqəti saxlama fəaliyyəti ilə məşğul ola bilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş ekspertiza rəyini, təşkilatın fəaliyyətini əks etdirən ekoloji pasportu, Təhlükəli Tullantılar Pasportunu və digər əlaqəli sənədləri surətininin satınalan təşkilata təqdim etmələri tələb olunur”.   "Tibb müəssisələrindən hasil olan tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi xidmətləri isə "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunun və digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir”,- qurumdan əlavə edilib.   Nöqsanlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür...   Səhiyyə Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən tibb müəssisələrində tibbi tullantıların idarə olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli, 213 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə uyğun şəkildə həyata keçirilir.   Qeyd edilib ki, bu proses tullantıların kənarlaşdırılması və emalını təmin edən dövlət və ya özəl müəssisələrlə bağlanmış müvafiq müqavilələr əsasında yerinə yetirilir:   "Tibb müəssisələri daxilində tibbi tullantıların toplanması, müvəqqəti saxlanması və kənarlaşdırılması proseslərinə dövlət sanitariya xidmətinin yerli qurumları tərəfindən nəzarət olunur. Nöqsanlar və çatışmazlıqlar aşkarlandıqda onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülür.   "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın icrası çərçivəsində, respublika ərazisindəki tibb müəssisələrində tibbi tullantıların idarə olunması üzrə pilot layihə həyata keçirilir. Bu layihə çərçivəsində Səhiyyə Nazirliyinin strukturuna daxil olan "Səhiyyənin İnformasiyalaşdırılması” PHŞ və "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri ilə birlikdə "Tibbi tullantılar modulu” üzrə elektron məlumat bazası yaradılıb və bu istiqamətdə işlər davam etdirilir”.   "Bundan əlavə, "Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə əsasən, "Tullantılarla işləmək qaydaları və təhlükəli tullantılarla düzgün davranışın təşkili” mövzusunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tibb müəssisələrinin mütəxəssisləri üçün təlimlər təşkil olunur”,- Nazirlikdən vurğulanıb.
    Click here to Read more
    Prev Article
    Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç saziş təsdiqləyib
    Next Article
    "Bununla heç bir alim ailə dolandıra bilməz" - Misir Mərdanov maaşını açıqladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment