Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI

    18 minutes from now

    Azərbaycanda uşaqların sosial müdafiəsini gücləndirmək, onların sağlam inkişafını təmin etmək və ailələrə maddi dəstək göstərmək məqsədilə müxtəlif növ sosial müavinətlər təyin olunur. Bu müavinətlər uşağın sağlamlıq vəziyyəti, ailə vəziyyəti, valideynlərin sosial statusu və digər meyarlara əsasən müəyyən edilir. Valyuta.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Operativ Media-ya hazırda qüvvədə olan və dövlət tərəfindən verilən əsas müavinətlərin siyahısı və müvafiq məbləğləri barədə məlumat verib: 1. Əlilliyə görə müavinət Uşağın əlillik dərəcəsinə əsasən aylıq ödənilən müavinətlər: Orqanizmin funksiyalarının 31–60% pozulmasına görə – 150 manat Orqanizmin funksiyalarının 61–80% pozulmasına görə – 220 manat Orqanizmin funksiyalarının 81–100% pozulmasına görə – 270 manat 2. Ailə başçısını itirməyə görə müavinət Aylıq ödəniş – 120 manat 3. 3 yaşınadək uşağa qulluğa görə müavinət 1,5 yaşadək – 44 manat 1,5 yaşdan 3 yaşadək – 28 manat 4. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 500 manat 5. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət Aylıq məbləğ – 120 manat 6. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət Aylıq məbləğ – 120 manat 7. Aztəminatlı ailələrə 1 yaşınadək uşaq üçün müavinət Aylıq məbləğ – 100 manat 8. Beş və daha çox uşağı olan qadınlara müavinət Hər bir uşaq üçün aylıq – 105 manat 9. Himayədar ailəyə verilmiş uşağın tərbiyəsinə görə müavinət Bu müavinət himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə əsasında verilir. Yaş qruplarına görə aylıq məbləğlər aşağıdakı kimidir: 0–6 yaş: 355 manat 7–13 yaş: 375 manat 14–18 yaş: 395 manat Əgər uşaq 18 yaşadək əlilliyi olan şəxsdirsə, müavinət məbləği artırılır: 0–6 yaş: 395 manat 7–13 yaş: 415 manat 14–18 yaş: 435 manat Bundan əlavə, himayədar ailələrə ildə dörd dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) 200 manat məbləğində mövsümi geyim pulu da verilir.
    Click here to Read more
    Prev Article
    "Samsung" 1,5 milyard avro şirkət aldı
    Next Article
    2025-ci ildə almağa dəyər 15 krossover - Mütəxəssislər açıqladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment